Bakı şəhərinin şərq hissəsində daşqın riskləri azaldılacaq Cəmiyyət

Bakı şəhərinin şərq hissəsində daşqın riskləri azaldılacaq

Bakı şəhərinin şərq hissəsində daşqın riskləri azaldılacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nında əksini tapıb.

Dövlət Proqramına əsasən, 2026−2027-ci illər ərzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə Dərnəgül– Bakıxanov– Qaraçuxur–Hövsan xəttinin tikintisinin davam etdirilməsini, tikinti işlərinin davam etdirilməsi və plan üzrə işlərin 50 faizinin icrasını və 10.4 km-lik kollektorun istifadəyə verilməsi, daşqın risklərinin azaldılmasını təmin etməlidir.