16:23
644
2 may 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Autizm Assosiasiyası və AzFest Group-un təşkilatçılığı ilə VI Autizm Festivalı keçirilib. Festivalda Bakı şəhəri və bölgələrdə autizm sahəsində fəaliyyət göstərən qurumlar öz işlərini ictimaiyyətin diqqətinə çatdırıblar.
Tədbirdə millət vəkilləri, tanınmış idmançılar, bir sıra gənclər təşkilatları, gənclər evləri, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Festival çərçivəsində bocce, stolüstü tennis və atletika idman növləri üzrə yarışlar keçirilib. Qalib idmançılar müvafiq medal və diplomlarla təltif olunub.
Festival şou-biznes nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı ilə davam edib. Tədbir autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların bacarıqlarını nümayiş etdirmək və ictimai maarifləndirməni artırmaq məqsədi daşıyıb.



