Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb
Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edib
"Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq
"Azərbaycan Sənaye Korporasiyası"nın özəlləşdirilmiş müəssisə və obyektlərinin sayı açıqlanıb
Dövlətə xəyanətdə ittiham olunan şəxs 16 il azadlıqdan məhrum edilib
14:51
630
“Aprelin 17-də elan olunmuş atəşkəsə baxmayaraq İsrail Silahlı Qüvvələri tərəfindən Livanın cənubuna endirilən son hava zərbələri göstərir ki, bölgədə real sabitlik formalaşmayıb. Mayın 3-də baş verən və ən azı 20 nəfərin həyatını itirməsi ilə nəticələnən hücumlar atəşkəsin faktiki olaraq pozulduğunu təsdiqləyir. Ümumilikdə martın 2-dən başlayan eskalasiya dövründə minlərlə mülki şəxsin həlak olması münaqişənin artıq genişmiqyaslı humanitar böhran yaratdığını göstərir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.
V.Zifəroğlu qeyd edib ki, mövcud vəziyyəti “yeni eskalasiya başlanğıcı” kimi deyil, daha çox davam edən və fasilələrlə şiddətlənən münaqişənin növbəti mərhələsi kimi qiymətləndirmək daha düzgün olar: “Çünki atəşkəs razılaşması bütün tərəfləri, xüsusilə Hizbullah hərəkatını tam əhatə etmir. Bu isə o deməkdir ki, tərəflərdən biri hərbi əməliyyatları davam etdirdiyi halda digər tərəf də cavab zərbələri endirmək üçün əsas əldə edir və nəticədə qarşıdurma dayanmaq əvəzinə davam edir”.
Onun söylədiyinə görə, digər mühüm amil İsrailin təhlükəsizlik yanaşması ilə bağlıdır: “Rəsmi Təl-Əviv Livanın cənubundan gələn təhdidləri aradan qaldırmaq üçün preventiv zərbələri davam etdirməyi zəruri hesab edir. Eyni zamanda, Hizbullah da öz növbəsində geri çəkilmək niyyətində deyil və bu qarşılıqlı mövqe “nə müharibə, nə sülh” vəziyyətini dərinləşdirir”.
Röya İsrafilova