Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib
Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb
Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edib
"Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq
"Azərbaycan Sənaye Korporasiyası"nın özəlləşdirilmiş müəssisə və obyektlərinin sayı açıqlanıb
14:57
574
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, sözügedən vəzifəyə Ramil Muxtarzadə, Töhfə Cəmilova və Bahadur Rzayev təyinat alıb.
Ramil Muxtarzadə 2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib. Töhfə Cəmilova isə 2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Bahadur Rzayev 2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.