“Bayer”lə “Liverpul” səfər sınağında İdman

“Bayer”lə “Liverpul” səfər sınağında

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 4 qarşılaşma keçiriləcək.

İngiltərə klubları meydana revanş üçün çıxacaqlar. “Liverpul” “Atalanta”nın qonağı olacaq, “Vest Hem” “Bayer”i sınağa çəkəcək.

İtaliyada “Roma” “Milan”la görüşəcək. “Benfika” Marsel səfərində üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, yarımfinal oyunları mayın 2-də və 9-da keçiriləcək.

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. “Roma” – “Milan”

İlk oyun – 1:0

23:00. “Atalanta” – “Liverpul”
İlk oyun – 3:0

23:00. “Vest Hem” – “Bayer”
İlk oyun – 0:2

23:00. “Marsel” – “Benfika”
İlk oyun – 1:2