“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
9 Yanvar 12:02
1 029
UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində İngiltərədə “Liverpul” və “Qarabağ” arasında keçiriləcək matçın biletləri bu gün satışa çıxarılacaq.
Ağdam klubundan AZƏRTAC-a verilən məlumata görə, azərbaycanlı azarkeşlər üçün ayrılmış vauçerlər saat 12:00-dan etibarən iTicket.az saytında satışda olacaq. Biletlərin qiyməti 115 manat təşkil edir.
Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək, oyun gününə qədər isə göstərilən e-mail ünvanına göndəriləcək.
Matçın keçiriləcəyi “Enfild” stadionunda “Qarabağ” azarkeşləri üçün 1250 yer ayrılıb. Təhlükəsizlik məqsədilə yalnız A5 ölçüsünü keçməyən əl çantası (148.5 x 210 millimetr) ilə girişə icazə veriləcək.
Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq "Liverpul" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
9 Yanvar 17:49
959
9 Yanvar 12:02
1 043
9 Yanvar 12:01
1 001