25 Noyabr 23:34
25 Noyabr 23:32
25 Noyabr 23:30
4 İyul 19:42
4 340
Yevlaxda yol polisinin saxla əmrinə tabe olmayan sürücü qəza törədib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Əxşam kəndi yaxınlığından keçən hissəsində baş verib.
Əldə olunan ilkin məlumata görə, yol polisinin "saxla" əmrinə tabe olmayan və təqibdən yayınmağa çalışan "Şevrolet" markalı avtomobil iki maşınla toqquşub.
Hadisə zamanı vurulan "Mersedes" markalı avtomobillərdən birinin sürücüsü və sərnişin (yeniyetmə qız - red) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
25 Noyabr 22:39
630
25 Noyabr 22:07
637
25 Noyabr 20:44
784