“Əvvəl bilik, sonra birlik” kampaniyasına start verilib Cəmiyyət

“Əvvəl bilik, sonra birlik” kampaniyasına start verilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi erkən nikahların qarşısının alınmasına yönəlmiş “Əvvəl bilik, sonra birlik – erkən nikahların qarşısının alınması üçün
ictimai kampaniya”adlı layihənin icrasına start verib.

Layihənin məqsədi erkən nikahların sosial, tibbi və hüquqi fəsadları barədə maarifləndirməni gücləndirmək, xüsusilə regionlarda gənclər və valideynlər arasında təhsilin və fərdi inkişafın əhəmiyyətinə dair düzgün ictimai rəy formalaşdırmaqdır. Kampaniya televiziya proqramları və media yazıları vasitəsilə geniş ictimaiyyətin məlumatlılığını artırmağı və davranış dəyişikliyinə nail olmağı hədəfləyir. Layihə çərçivəsində maarifləndirici TV proqramlar hazırlanacaq, eyni zamanda onlayn mediada ekspert müsahibələri və araşdırma yazı yayımlanacaq. Layihə nəticəsində regionlarda erkən nikahlarla bağlı məlumatlılığın artması, təhsilə marağın güclənməsi və gənclərin daha məsuliyyətli seçimlər etməsi gözlənilir.