15:43
952
İyulun 5-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Krımdakı “Qvardeyskoye” hərbi aerodromuna zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Qvardeyskoye” aerodromu Rusiya Ordusunun operativ-taktiki və hərbi dəniz aviasiyasının təyyarələrinin yerləşdirilməsi, döyüş uçuşlarının təmin edilməsi, logistika və aviasiya texnikasına texniki xidmət məqsədilə istifadə olunur.
Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Quselnikovoye yaşayış məntəqəsi yaxınlığında Qruzkiy Yalançık çayı üzərindəki avtomobil körpüsünə və Staromaryevka yaxınlığında Kalmius çayı üzərində yerləşən avtomobil körpüsünə də zərbələr endirib.
Bundan əlavə, Donetsk vilayətinin Makeyevka, Luqansk vilayətinin Dovjansk və Xerson vilayətinin Preobrajenka yaşayış məntəqələri yaxınlığında yerləşən üç sursat anbarının da vurulduğu bildirilib.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə komandanı Robert “Madyar” Brovdi isə “Facebook” hesabında yazıb ki, son 48 saat ərzində Krım ərazisində 16 enerji qovşağı sıradan çıxarılıb.
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib