15:45
882
Slovakiyanın Mərkəzi Seçki Komissiyası sabiq baş nazirlərə ömürlük pensiya ödənişinin ləğvi və korrupsiyaya qarşı mübarizə qurumlarının bərpası ilə bağlı referendumu baş tutmamış elan edib.
APA-nın xəbərinə görə, iyulun 5-də məlum olub ki, səsvermədə seçicilərin cəmi 16,13 faizi – təxminən 705 min nəfər iştirak edib.
Halbuki qanuna əsasən referendumun etibarlı sayılması üçün seçici fəallığı 50 faizdən çox olmalı idi.
Referendum baş tutmasa da, səsvermədə iştirak edənlərin mövqeyi demək olar ki, yekdil olub. İştirakçıların 93,43 faizi baş nazirlərə və digər yüksək vəzifəli dövlət məmurlarına ömürlük ödənişlərin ləğvini, 92,23 faizi isə Xüsusi Prokurorluq İdarəsinin və Milli Cinayət Agentliyinin bərpasını dəstəkləyib.
Referendumun təşəbbüskarı ölkə parlamentində təmsil olunmayan “Demokratlar” Partiyası olub. Buna səbəb 2024-cü ildə qəbul edilmiş dəyişikliklərdir. Həmin dəyişikliklərə əsasən, iki dəfə və ya daha çox müddət baş nazir və ya parlament sədri olmuş şəxslər ayda 4 min avrodan çox ömürlük ödəniş almaq hüququ qazanırlar. Hazırkı Baş nazir Robert Fitso da bu meyarlara uyğun gəlir.
Səsvermə bülleteninin ikinci bəndi Robert Fitso hakimiyyətə qayıtdıqdan sonra ləğv edilmiş mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə qurumları – Xüsusi Prokurorluq İdarəsi və Milli Cinayət Agentliyi ilə bağlı olub.
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib