DÇ-2026-da bu gün 1/8 final mərhələsinə start veriləcək İdman

DÇ-2026-da bu gün 1/8 final mərhələsinə start veriləcək

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında Kanada millisi Mərakeşlə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İyulun 5-nə keçən gecə isə Paraqvay və Fransa yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu görüş Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.

DÇ-2026
1/8 final
4 iyul
21:00.
Kanada – Mərakeş

5 iyul
01:00.
Paraqvay – Fransa