ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
12 Yanvar 19:05
3 297
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
"Report" xəbər verir ki, Bakı Gənclər Mərkəzində təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. 2026-cı ildə Bakının "Dünyanın İdman Paytaxtı" olduğunu vurğulayan nazir il ərzində şəhərimizdə bir sıra idman tədbirlərinin keçiriləcəyini bildirib.
Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.
14 Mart 18:26
980
14 Mart 09:13
1 092
13 Mart 17:20
1 463