“Regionda gərgin diplomatiya”
10 Fevral 20:45
10 Fevral 20:45
10 Fevral 20:30
10 Fevral 20:19
10 Fevral 20:11
Əraqçi: İran dinc məqsədlərlə atom enerjisindən istifadəni təmin edən saziş təklifi üzərində işləyir
İran: ABŞ danışıqların yalnız nüvə məsələsi ilə bağlı olmalı olduğu qənaətinə gəlib
Rusiya bölgələri və Xəzər dənizi üzərində 10 Ukrayna pilotsuz uçuş aparatı vurulub
ABŞ Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Əksər ərazilərə yağış, bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA
22 Yanvar 16:01
2 695
Ötən il Naxçıvan idmançıları 198-i qızıl, 129-u gümüş, 117-si bürünc olmaqla, ümumilikdə, 444 medal qazanıb ki, bu da 2024-cü ildəki medal sayından çoxdur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, 2025-ci ildə muxtar respublikanın bütün regionlarını əhatə etməklə 11 yerdə açıq hava idman qurğuları istifadəyə verilib. 2024–2025-ci illərdə isə muxtar respublika üzrə ümumilikdə 19 ərazidə açıq hava idman qurğuları quraşdırılıb.
Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında regionun idman infrastrukturunun yenilənməsini əhatə edən mühüm məsələlərdən biri də Naxçıvan Muxtar Respublika Stadionunda əsaslı təmir və yenidənqurma işlərinin icrası ilə bağlıdır. Ötən il ilkin mərhələdə stadionun modernləşdirilməsi və AFFA standartlarına uyğun əsaslı təmiri üzrə layihələndirmə işlərinə başlanıb. Dövlət Proqramı ilə yanaşı, hazırda “Sağlam məhəllə” layihəsi çərçivəsində Babək, Culfa və Şahbuz rayonlarında idman zonaları yaradılır, özəl investisiya hesabına bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır.
10 Fevral 17:50
1 043
10 Fevral 16:54
1 155
10 Fevral 11:49
1 267