15:37
637
Fransanın PSJ klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Vinisius Junioru heyətinə qatmaq üçün işlərə start verib.
"Report" "El Nacional"a istinadən xəbər verir ki, Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi idman direktoru Luis Kamposa 25 yaşlı vingerin mümkün transfer imkanlarını araşdırmaq üçün Madridə getməyi tapşırıb.
Ölkə çempionu braziliyalı oyunçuya 40 milyon avro maaş vermək niyyətindədir. Bundan əlavə, ona 50 milyon avroluq birdəfəlik müqavilə bonusu da təklif olunacaq. PSJ "Real"a isə 80 milyon avro ödəmək istəyir.
Vinisius Juniorun "Kral klubu" ilə 2027-ci ilin yayınadək müqaviləsi var. O, sözləşmənin müddətinin artırılması üçün danışıqları dayandırıb.
Qeyd edək ki, 2018-ci ildən "Real"da çıxış edən Braziliya millisinin üzvü cari mövsüm 30 matçda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.