Putin böhranı gizlətmək üçün hansı strategiyadan istifadə edir? Dünya

Putin böhranı gizlətmək üçün hansı strategiyadan istifadə edir?

Cavid

Sovet işçiləri özləri ilə ədalətsiz rəftar edildiyini bilir və onlar da bir növ vəziyyətə uyğunlaşırdılar. Belə bir məşhur deyim də olub: "Biz özümüzü işləyirmiş kimi göstəririk, onlar da əmək haqqımızı verirmiş kimi."
Bu həftə açıqlanması nəzərdə tutulan məlumatlar böyük ehtimal işsizlik səviyyəsinin avro regionun işsizlik səviyyəsinin heç yarısına belə bərabər olmadığını göstərəcək. Bu, məhsuldarlığı zəiflətmiş və iqtisadi uzlaşmanı məhdudlaşdırmış sakit bir razılaşma işarəsidir.
"Bloomberg" yazır ki, valyuta tənəzzülündən və Ukrayna ilə bağlı sanksiyalardan sonra daxili tələbatın həddən artıq artması ilə iqtisadi böhranın məngənəsində qalan Rusiyada işsizlik səviyyəsi münaqişə başlamazdan əvvələ nisbətən daha aşağıdır. Gərgin əmək bazarı isə istehlakçıların vəziyyətini yaxşılaşdırmaq əvəzinə sosial stabilliyin təmin edilməsinə doğru yönələn iqtisadiyyata arxa çevirir, yaşlanmaqda və azalmaqda olan işçi qüvvəsi problemini həll etməyə çalışmır və növbəti böhrana qədər bu məsələnin həllini təxirə salmağa hazırdır.
Moskvada yerləşən "BCS Financial Group" şirkətinin baş iqtisadçısı Vladimir Tixomirov bildirib: "Hökumət iki seçim – köklü islahatlar keçirilməsi və stabilliyin qorunması arasında qalarsa, stabilliyi seçəcək. Bu da Sovet dövrünə xas bir seçimdir – stabilliyin təmin edilməsi üçün mövcud sistemin problemləri ilə birgə saxlanılması."
Kommunizm dövründə işsizlik, demək olar, qanundan kənar idi. İndi Putinin hakimiyyəti altında Avropanın ən məhdudlaşdırıcı qaydalarından istifadə olunur və işçilər zavodlarda boş-boş gəzdiklərinə görə ciddi töhmət alırlar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bildirir ki, işçilərin qovulmasına qarşı müdafiə Avropada ən ciddilər arasındadır.
Əmək bazarının nəticədə yaranan möhkəmliyi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin əvəzini vermir. Bu da Avropada ən aşağı məhsuldarlıq göstəricisi daxil olmaqla, zəiflikləri artırır. İşçilər əmək haqlarının azalması, yarım günlük iş və ödənişsiz məzuniyyət seçimləri arasında qalırlar.
2008-2009-cu il böhranı zamanı işsizlik səviyyəsi 9,4 faizlə ən yüksək səviyyəyə çatdı. Hazırda bir il əvvəl müşahidə olunan 4,8 faizlik səviyyədən yuxarı qalxsa da, nəticəsi o qədər də kəskin deyil. Bir ay əvvəl 5,4 faiz olan işsizlik səviyyəsi iyul ayında 5,5 faizə çıxıb.
Bununla da yaxşı xəbərlər bitir. Digər sorğular istehlakda tənəzzülün sürətlənəcəyini göstərir.
İyul ayında şəxsi gəlir səviyyəsi bir il əvvələ nisbətən 6 faiz aşağı düşdü, pərakəndə satış 9,8 faiz, inflyasiyaya uyğunlaşdırılmış əmək haqqı isə 7,5 faiz azaldı.
"IHS Global Insight" təşkilatında çalışan iqtisadçı Çarlz Movit bildirib: "Hazırda natamam məşğulluq problemi böyüməkdədir. İşçilər ya yarım günlük işlərə cəlb edilir, ya onlara yarım günün ödənişi edilir, ya da ödənişsiz məzuniyyətə çıxarılırlar. Bunun səbəbi isə rentabelliyi qorumağa çalışan müəssisələrin istehsalı azaltmaqla həll yolu tapmalarıdır. Bu da öz növbəsində istehlakçılara əlavə təsir göstərir."
Böhran gücləndikcə daha çox iş yerləri açılır, bu da onun göstəricisidir ki, şirkətlər Putinin səmərəliliyin gücləndirilməsi əvəzinə sosial və siyasi sabitlik seçimini izləyirlər.
Bütün əlamətlər bu yanaşmanın bəhrə verdiyini göstərir.
25-26 iyul tarixində keçirilmiş sorğuya görə, iştirakçıların 81 faizi ölkədə vəziyyətin əla olduğunu düşünür. Putinə rəğbət səviyyəsi isə rekord həddə çatmaqdadır.
Rəhbər orqanlar əmək bazarını qoruduqca iqtisadiyyata təzyiqlər artmağa davam edir. Alfa Bank iyul ayında verdiyi hesabatda göstərib ki, Rusiyanın potensial artım səviyyəsini 0,5 faizdə saxlayan ən böyük struktur məhdudiyyətləri demoqrafik vəziyyət və məhsuldarlığın aşağı olmasıdır.
Maliyyə nazirinin müavini Maksim Oreşkin müsahibələrinin birində məsələyə münasibət bildirib: "Bu ilin sonu və ya gələn ilin əvvəli yenidən işçi çatışmazlığı ilə üzləşə bilərik. Əgər bunun baş verməsini istəmiriksə, işçiləri vəzifələrindən azad etməklə fəal siyasət yeritməliyik. Bura dövlət sektorunda da işçilərin sayının azaldılması daxildir."