11:19
735
Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası fəaliyyətə başladığı vaxtdan indiyədək ümumilikdə 96 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirib.
"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyasının (ITFC) baş icraçı direktoru Ədib Əlaama Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "Özəl Sektor Forumu"nda bildirib.
Onun sözlərinə görə, təkcə 2025-ci ildə isə 9.35 milyard dollar dəyərində ticarət maliyyələşdirməsi təsdiqlənib: "Bunun 8 milyard dolları İslam Əməkdaşlıq Təşkilatı daxilindəki ölkələr arasında ticarətin maliyyələşdirilməsinə yönəlib. Bu vəsaitlər həm də ən çox ehtiyac olan ölkələrə istiqamətləndirilir. Beləliklə, demək olar ki, bu maliyyələşmənin təxminən üçdə biri qrupun ən az inkişaf etmiş ölkələrinə yönəlib".
O qeyd edib ki, ITFC olaraq yaxşı bacardıqları və zamanla daha da gücləndirdikləri digər bir istiqamət isə maliyyəni sürətli şəkildə səfərbər etmək və yönləndirmək qabiliyyətidir: " Biz bunu həm inkişaf institutları, həm də dünya üzrə maliyyə qurumları ilə çoxşaxəli tərəfdaşlıq vasitəsilə həyata keçiririk. Bunu daha aydın ifadə etmək üçün deyə bilərəm ki, biz qoyduğumuz hər 1 dollar qarşılığında xarici mənbələrdən 2 dollar cəlb etməyi bacarırıq.
Beləliklə, 2008-ci ildən bəri həyata keçirdiyimiz bütün maliyyələşmənin təxminən 60 milyard dolları xarici mənbələrdən cəlb olunub. Bu isə bizə öz balansımızdan kənara çıxaraq daha böyük həcmdə maliyyələşdirmə aparmağa imkan verir. Ümumilikdə, bu, ITFC-nin ticarət maliyyələşdirmə modelini qısa şəkildə xarakterizə edir".
11:17
756
10:44
882
10:39
861