CNN: ABŞ və İran arasındakı saziş qəsdən qeyri-müəyyən tərtib olunub Gündəm

CNN: ABŞ və İran arasındakı saziş qəsdən qeyri-müəyyən tərtib olunub

Vaşinqton və Tehran arasındakı anlaşma memorandumu fundamental mübahisələri həll etmək üçün deyil, gələcək danışıqları asanlaşdırmaq məqsədilə ümumi cizgilərlə tərtib olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri CNN telekanalına bildiriblər.

Hesabata əsasən, rəsmilər bu sənədi "inanılmaz dərəcədə dumanlı (qeyri-müəyyən)" və ilk növbədə qarşıdakı texniki danışıqlar üçün əlverişli mühit yaratmaq, həmçinin İrana bu sazişi daxili auditoriyaya təqdim etməkdə kömək etmək məqsədi daşıyan bir mətn kimi xarakterizə ediblər.

Rəsmilərdən biri bildirib ki, "insanlar memorandumun ifadələrinə çox dərindən varmamalıdırlar", çünki bu, "siyasi sənəddir". O əlavə edib ki, "bizim aramızda mövcud olan razılaşmalar sənədin özündən qat-qat vacibdir" və vurğulayıb ki, mətn İranın qeyri-rəsmi rabitə kanalları vasitəsilə üzərinə götürdüyü və rəsmi şəxslərin ən mühüm öhdəliklər adlandırdığı məqamları əks etdirmir.

"Sanksiyaların yumşaldılması, nüvə sazişi və dondurulmuş vəsaitlərə çıxış kimi məsələlər memorandumun özü çərçivəsində dərhal təmin edilməyəcək, əksinə, gələcək danışıqlara və icradakı irəliləyişlərə bağlanacaq", — deyə rəsmilər CNN-ə məlumat veriblər.

Məryəm Quliyeva