“Putin məğlubiyyəti qəbul edəcəyi təqdirdə...” Dünya

“Putin məğlubiyyəti qəbul edəcəyi təqdirdə...”

Xaliq Səfəvi: "Rusiya özünü işğalçı dövlət olaraq beynəlxalq aləmdə tanıtdırdı"

Cavid

Türkiyə Rusiya münasibətləri artıq dünyada maraqların toqquşmasının açıq göstəricisidir. Yaxın və Orta Şərq və keçmiş postsovet məkanında münaqişələrin davamı bu iki nəhəg dövlət arasında münasibətlərin kəskinləşməsinə də böyük təsir göstərib. Xüsusilə də Suriyada illərlə davam edən müharibə.
Beynəlxalq hüquq üzrə mütəxəssis, politoloq Xaliq Səfəvinin fikrincə, Türkiyə ilə Rusiya arasında münasibətlər yeni mərhələyə girib və bu mərhələ müsbət heç nə vəd etmir: "Suriyada Rusiya və Türkiyə maraqlarının, birinin digərinə uyğun olmayan maraqlarının, daha dəqiq desək, hər iki dövlətin öz maraqlarının olması vəziyyəti hazırkı hala gətirib. Rəsmi olaraq Rusiyanın Türkiyədə və Suriyada olan terror təşkilatlarını dəstəkləməsi Türkiyəni Suriyada hərbi əməliyyatlar aparmağa məcbur etdi. Heç kimə sirr deyil ki, PKK və YPG hər iksi də bir mərkəzdən idarə olunan terror təşkilatıdır və bu təşkilatlara Rusiya öz maraqlarına uyğun dəstək verir. Bu münasibətlərdə Rusiya sonu məlum olmayan savaşa sürüklənir və bunu Rusiya siyasətçiləri də etiraf edirlər. Biz Rusiyanın son illərdəki işğalçı siyasətinə nəzər salsaq, görərik ki, Azərbaycan, Gürcüstan, Ukrayna ərazilərinin müxtəlif yollarla işğal etməsi özünü işğalçı dövlət olaraq beynəlxalq aləmdə tanıtdırdı. Bunlardan əlavə Rusiya PKK və YPG-ni dəstəkləməklə özünü dünyada terroru dətəkləyən və maliyyələşdirən dövlət kimi də tanıtdı. Fikrimcə, iki dövlət arasındakı münasibətlər çətin bir prosesden kecərək bu vəziyyətə gəlib və bu uzun sürən bir proses olacaq. Rusiya göstərilən terror təşkilatlarını və B.Əsəd rejimini dəstəkləməkdən əl çəksə, bu münasibətlərin sonunu Suriyada hakimiyyətin dəyişərək parçalanması ilə nəticələnəyini demək olar. Ancaq Rusiyanın bunu etməsi gözlənilmir. Belə olacağı təqdirdə Rusiya regionda əvəlki gücdə deyil, tək mübarizə aparmalı olacaq, çünki İran üzərindən qadağaları götürməsi ilə oyundan qismən uzaqlaşdırıldı. Demək olar ki, Rusiya təkləndi və bundan əlavə digər türk dilli dövlətlərilə də münasibətləri pərdə arxası da olsa pisləşdi. Bu pərdə arxası pisləşmə Rusiya-Türkiyə münasibətləri gərginləşdikcə daha da önə çıxacaq. Bütün bu hadisələr Rusiyaya və Türk dövlətlərinə müsbət hec bir şey vəd etmir. Əslində bütün bu hadisələr dünyanı idarə edən güclər tərəfindən Rusiyanın parçalanmasına yönələn və əvvəlcədən hesablanmış bir plandır. Rusiya buna sürüklənir. Fikrimcə, Rusiya geniş miqyasda Suriyada müharibə aparmayacaq, cünki buna nə siyasi, nə də iqtisadi cəhətdən qadir deyil. Həm də NATO üzvü olan dövlətlə müharibənin başlanması üçüncü dünya savaşının başlamasıdır. Bu səbəbdən Rusiya buna gedə bilməz. Qeyd etdiklərimə əsasən Rusiya Suriyada hələ bir müddət eyni vəziyyəti saxlamağa çalışacaq".
Politoloq beynəlxalq aləmdə Rusiyanın və Türkiyənin hazırkı siyasi və iqtisadı durumunu da qiymətləndirib. Bildirib ki, siyasi və iqtisadi cəhətdən Rusiyanın hazırkı durumu bu dövlərin gələcək bütövlüyünü təhlükə altına alacaq qədər geriləməyə doğru gedir. İqtisadi cəhətdən Rusiyanın xərcləri neftin qiymətinin düşməsi ilə azalıb. Türkiyədə isə neft alan dövlət olduğu ücün xərci azalıb. Bir il ərzində Türkiyə iqdisadi cəhətdən xərclərini artırıb, Rusiya isə azaldıb. 2014-cü il və kecən ilə nisbətən 2016-cı ildə Rusiyanın ümumi gəlirləri demək olar ki, yarıdan da çox azalıb. Buna bir necə amil təsir edib. İqtisadi sanksiyalar, dünyada və regionda işğalçı dövlət kimi tanınması, son hadisələrdə açıq olaraq PKK və YPG terror təşkilatlarını dəstəkləməsi Rusiyanı siyasi cəhətdən də çıxılmaz duruma doğru aparır.
Rusiya-Türkiyə müasibətlərinin gələcəyi barədə isə poliqoloq qeyd edib ki, bununla əlaqədar bir neçə mühüm versiya var: "Bir qrup siyasətçilər düşünür ki, hazırda Rusiya siyasi hakimiyyətinin müharibə etməkdən başqa yolu yoxdur. Səbəb çox sadədir; Putin məğlubiyyəti qəbul edəcəyi təqdirdə hakimiyyətdən kənarlaşdırılması zərurətə çevriləcək və dövlət parcalanacaq. Digər bir məsələ də Suriyadan çıxacağı halda şərqi itirəcək ki, bu da məğlubiyyətdir. Üçüncü versiya odur ki, Putin Suriyada Əsəd hakimiyyətini dəstəkləməklə vaxt qazanmağa çalışacaq. Türkiyədə və Suriyada PKK və YPG terror təşkilatlarını dəstəkləməklə Türkiyəni zəiflətməyə çalışacaq. Bu dəfə də Türkiyənin siyasi cəhətdən beynəlxalq arenada terrorçuluğa qarşı mübarizədə güc qazanmasına şərait yaradacaq. Mənim fikrimcə, sonuncu ehtimal daha həqiqətə uyğundur və istənilən halda Rusiya bu savaşdan məğlub tərəf kimi çıxacaq. Bu səbəbdən Rusiyanın öz iddialarından əl çəkib, yenidən Türkiyə ilə yaxınlaşması ən yaxşı variantdır. Rusiya bu yolla özünü siyasi-iqtisadi çöküşdən və sosial partlayışdan sığortalaya bilər. Zənnimcə, yaxın gələcəkdə rəsmi Rusiya məhz bu addımı atmaqdan başqa çıxış yolunun olmadığı zərurətini qəbul edəcək".