Blinken: "ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır" Dünya

Blinken: "ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır"

Vaşinqton və Pekin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır.

APA xəbər verir ki, ABŞ Dövlət katibi Antoni Blinken Çinin Şanxay şəhərində çıxış edərkən deyib.

"Bizim dünya qarşısında iki ölkə arasındakı münasibətlərə görə məsuliyyəti öz üzərimizə götürmək öhdəliyimiz var. Biz bu öhdəliyimizi ciddi qəbul edirik", - deyə Blinken vurğulayıb.

Onun sözlərinə görə, ABŞ lideri Co Bayden və Çin Sədri Si Cinpin kommunikasiya xətləri qurmaq və onları saxlamaq üçün göstərişlər veriblər.