Səudiyyə Ərəbistanı XİN Avropanı Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə çağırıb Dünya

Səudiyyə Ərəbistanı XİN Avropanı Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə çağırıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud Avropa hökumətlərini Yaxın Şərqdə gələcək münaqişələrin qarşısını alacaq Fələstin dövlətinin yaradılmasının həllinin həyata keçirilməsini dəstəkləməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə nazir Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi sessiyasında deyib.

"Avropa tərəfdaşlarımız iki dövlət prinsipinə əsasən həllin həyata keçirilməsi ilə bağlı müzakirələrlə məşğuldurlar, lakin biz danışıqlardan konkret addımlara keçməliyik və bunu müharibə edən tərəflərin ixtiyarına buraxmaq olmaz. Biz, beynəlxalq ictimaiyyət, xüsusən də ən çox təsirə malik olan ölkələr, eləcə də [BMT] Təhlükəsizlik Şurası məsələyə müdaxilə etməliyik", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, “Səudiyyə Ərəbistanının beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarının əksəriyyəti” Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır.