Avropa: Aİ Trampın təklif etdiyi Ukrayna ilə bağlı istənilən razılaşmanı qəbul etməli olacaq Dünya

Avropa: Aİ Trampın təklif etdiyi Ukrayna ilə bağlı istənilən razılaşmanı qəbul etməli olacaq

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın təklif etdiyi Ukrayna münaqişəsinin nizamlanması üçün istənilən şərtlərlə razılaşmalı olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə The European Conservative nəşri, planlaşdırılan Rusiya-ABŞ sammiti ərəfəsində məlumat yayıb.

"Nəhayət, Brüsseldəki məmurlar anlayırlar ki, onlar Trampın təklif etdiyi hər hansı bir razılaşmanı qəbul etməkdən başqa heç bir seçimə sahib olmayacaqlar," — deyə nəşrdə qeyd olunur.

Nəşr həmçinin vurğulayır ki, Aİ-nin Kiyevə dəstək bəyanatları real siyasi proseslər fonunda “boş sözlərdir”.

Məryəm Quliyeva