Kreml: Sülh Şurasına ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək Dünya

Kreml: Sülh Şurasına ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək

Sülh Şurasına 1 milyard dollarlıq ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılması tələb edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsünün sözlərinə görə, bu məbləğ Fələstinin bərpası üçün istifadə olunmalıdır.

O qeyd edib ki, ianənin qanuni olaraq necə rəsmiləşdiriləcəyi "hələ də bəlli deyil".

Peskov əmin edib ki, "Sülh Şurası"na 1 milyard dollar ianə etməyə hazır olması Rusiyanın dondurulmuş aktivləri geri almaq ümidini itirdiyi anlamına gəlmir.

Kreml rəsmisi vurğulayıb ki, Moskva mübarizəni davam etdirəcək və hüquqlarını müdafiə etməyə davam edəcək.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin ölkəsinin dondurulmuş aktivlərdən Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb.