"Kommersant": Rusiya Suriyadakı üç hərbi bazadan birini itirə bilər Dünya

"Kommersant": Rusiya Suriyadakı üç hərbi bazadan birini itirə bilər

Suriya keçid hökuməti Rusiyanın bu ölkədəki üç bazasından birini - Qamışlıdakı aerodromu tərk etməsini istəyə bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, vəziyyətlə tanış olan Suriya mənbəsi bildirib ki, bu məsələ ilə bağlı danışıqlar Qamışlı şəhərinin yerləşdiyi Haseke əyalətinin kürdlərin nəzarətindən mərkəzi hökumətə verilməsindən sonra başlaya bilər.

20 yanvar axşamı Dəməşq Hasekenin vahid dövlət strukturlarına dinc inteqrasiyasından ötrü plan hazırlamaq üçün 4 gün vaxt verib.

Qeyd edək ki, Suriyada Rusiyanın üç hərbi bazası mövcuddur. Bunlar Hmeymim və Qamışlıdakı hərbi aviasiya bazaları və Tartusdakı hərbi dəniz bazasıdır. Suriyada 2024-ci ilin sonunda Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Rusiyanın bu ölkədəki hərbi bazalarının gələcək taleyi naməlum olaraq qalır.