
“Cənab Prezident İlham Əliyev iştirak etdiyi bütün platformalardan Azərbaycanın sülh gündəliyini və sülh təşəbbüslərini irəli aparmaq üçün məharətlə istifadə edir. Builki Davos Forumu ilə bağlı qeyd olunmalı ilkin məqam odur ki, Forum “Əməkdaşlıq ruhu” mövzusu üzrə keçir. Forum dünyanı yaxından maraqlandıran “biz daha mübahisəli dünyada necə əməkdaşlıq edə bilərik, yeni artım mənbələrini necə aça bilərik, insanlara necə daha yaxşı sərmayə qoya bilərik, innovasiyaları miqyasda və məsuliyyətlə necə tətbiq edə bilərik, planet sərhədləri daxilində rifahı necə qura bilərik” kimi beş əsas qlobal çağırış üzərində cəmlənib. Azərbaycan Prezidentinin verdiyi açıqlamalara, səsləndirdiyi fikirlərə nəzər yetirərkən dövlət başçımızın fikirlərinin bu beş istiqamətlə səsləşdiyinin şahidi olursan. Deməli, dövlət başçımız dünyanın nəbzini tutmağı bacaran Liderdir. Azərbaycan Prezidentinin sülh təşəbbüsləri dünya tərəfindən təqdir edilir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da Azərbaycan Prezidentinə siyasi iradəsinə və regionda sülhə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkür etdi: “Azərbaycan Prezidentinin fəaliyyəti, şəxsi keyfiyyətləri Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən növbəti dəfə yüksək dəyərləndirildi. Forumda cənab Prezident ABŞ ilə münasibətlərə toxunaraq bildirdi ki, artıq tərəflər arasında məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji, həmçinin müdafiə sənayesi üzrə əlaqələr dərinləşdiriləcək. Habelə, strateji tərəfdaşlıq xartiyasının yaxın vaxtlarda yekunlaşacağı və növbəti ay həyata keçəcəyinin planlaşdırıldığı da vurğulandı”.
A.Badamov bildirib ki, dövlət başçımız həm ənənəvi, həm də bərpaolunan enerji ilə bağlı olduqca önəmli fikirlər səsləndirdi ki, nə ənənəvi, nə də bərpa olunan enerji ilə bağlı Avropa heç bir sərmayə qoymur: “Bərpaolunan enerji sahəsində Azərbaycanın əsas tərəfdaşları BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniyadır. Diqqətçəkən məqamlardan biri də Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair gözləntinin açıqlanması idi. Dövlət başçımız ölkəmizin multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyət və birgəyaşayışa sadiqliyini bir daha dünyaya təqdim etdi. Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superkompüter mərkəzi yaradılması da qlobal çağırışlar fonunda mühüm məsələdir. Bütövlükdə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın milli maraqlarının təmini deməkdir”.
Röya İsrafilova