Baxçalı Demirtaşın azadlığa buraxılmasını istəyir Dünya

Baxçalı Demirtaşın azadlığa buraxılmasını istəyir

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Baxçalı Edirnədə həbsdə olan Səlahəddin Dəmirtaşın azadlığa buraxılması ilə bağlı sualları cavablandırıb.

APAnın Türkiyə bürosunun məlumatına görə, Baxçalı hüquqi proseslərin artıq nəticə verdiyini və Dəmirtaşın azadlığa çıxmasının xeyirli işlərə səbəb olacağını bildirib.

Baxçalı qrup iclasındakı çıxışında Türkiyə gündəminə dair mühüm mesajlar da verib. Onun sözlərinə görə, parlamentdə “terrordan azad Türkiyə prosesi” ilə bağlı yaradılan komissiyanın İmralıya getməsi prosesi daha da sürətləndirə bilər.

MHP sədri partiyasının belə bir heyətə qoşulmağa hazır olduğunu da vurğulayıb.