Mingəçevirdə yol qəzasında üç nəfər xəsarət alıb Hadisə

Mingəçevirdə yol qəzasında üç nəfər xəsarət alıb

Mingəçevir şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, "VAZ-21015" və "VAZ-21099" markalı minik maşınları toqquşub. Nəticədə "VAZ-21015"-in sürücüsü - 31 yaşlı Xaləddin Ələsgərov və iki sərnişin xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.