Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 860-a çatıb Gündəm

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 860-a çatıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda baş verən zəlzələ nəticəsində azı 22 nəfərin öldüyünü, yaralananların sayının isə 860 nəfərə çatdığını təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmeyer bildirib.

"Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində əldə etdiyimiz son məlumatlara görə, 22 nəfər ölüb, 860 nəfər yaralanıb", - o, Cenevrədə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

ÜST-ün məlumatına görə, onlardan 400-ü bölgədəki xəstəxanalara aparılıb, bəziləri zəlzələ nəticəsində dağılıb. Lindmayer bildirib ki, bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayı arta bilər.

Məryəm Quliyeva