Fitch Solutions: Azərbaycan enerji və geosiyasi üstünlüklərlə mövqelərini möhkəmləndirir
Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib
Amnistiya ilə cəzanın müddətindən asılı olmayaraq azad ediləcək şəxslərin dairəsi məlum olub
10:46
1 260
İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmaq və digər rəsmilərlə görüşmək üçün Moskvaya səfər edib.
Xalqcebhesi.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali İran səfirliyinin Telegram kanalında dərc olunmuş açıqlamada bildirib ki, bu cür təmaslar Moskva ilə Tehran arasında sabit münasibətləri gücləndirir.
Səfir qeyd edib ki, "İran və Rusiya arasında sabit münasibətlər yüksək səviyyəli görüşlərin davam etdirilməsi sayəsində möhkəmlənir. Ötən həftə Aşqabadda iki ölkə prezidentləri arasında keçirilən məsləhətləşmələrdən sonra Dr. Araqçi bu gün xarici işlər naziri və digər rəsmilərlə görüşmək üçün Moskvaya səfər edib".
O, həmçinin gündəliyin hazırda geniş siyasi məsələləri və iqtisadi layihələri əhatə etdiyini və ortaq məqsəd və yanaşmaların təşviqi üçün regional və beynəlxalq əməkdaşlığın davam etdiyini və bunun münasibətləri yeni səviyyəyə qaldırmağı hədəflədiyini vurğulayıb.
Məryəm Quliyeva