15:23
630
"Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 4-ü və 5-də Əbu-Dabidə keçiriləcək".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Zelenski bildirib ki, danışıqlar üzrə nümayəndə heyətinin məruzəsini qəbul edib. Onun sözlərinə görə, növbəti üçtərəfli görüşlərin tarixləri artıq dəqiqləşib:
"Görüşlər fevralın 4-ü və 5-də Əbu-Dabidə baş tutacaq. Ukrayna məzmunlu və konkret danışıqlara hazırdır".
Prezident rəsmi Kiyevin bu prosesdən real nəticə gözlədiyini vurğulayıb: "Biz maraqlıyıq ki, nəticə bizi müharibənin real və layiqli şəkildə başa çatmasına yaxınlaşdırsın".