17:29
630
Kiyevdə və bir sıra regionlarda elektrik enerjisinin verilişi bərpa olunmağa başlayıb.
APA “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıxal məlumat verib.
Onun sözlərinə görə, Xarkov, Jitomir və Odessa vilayətlərinə artıq işıq verilib: "Enerji sistemi bütövlükdə işləyir. Vəziyyətə nəzarət edilir. Eyni zamanda, biz əhəmiyyətli enerji çatışmazlığını müşahidə etməkdə davam edirik. Bir sıra rayonlarda fövqəladə hallar qrafiki üzrə elektrik enerjisi kəsilib".
Nazir qeyd edib ki, elektrik yüklənməsinin və yeni qəzaların qarşısını almaq üçün bir-birinin ardınca bərpa işləri aparılır.
***
14.50
Ukraynanın elektrik şəbəkəsində yaşanan problemlərə görə, ölkədə və Moldovanın enerji sistemində kəsinti yaşanıb.
APA “Reuters“ə istinadən xəbər verir ki, paytaxt Kişinyov və ölkənin digər bölgələrində enerji verilişində fasilələr qeydə alınıb.
Moldovanın energetika nazirliyinin məlumatına görə, iki ölkə arasında müştərək xəttin Ukraynaya düşən hissəsində olan problemlər Moldovada elektrik xətlərinin birində elektrik axınının aşağı düşməsinə səbəb olub.
Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında vəziyyətdən xəbərdar olduğunu və bütün lazımi tədbirlərin görülməkdə olduğunu, elektrik təminatının bərpası üçün işlər aparıldığını bildirib.
Qeyd edək ki, şəbəkədə yaranan texniki problemlərə görə Ukraynanın paytaxtı Kiyev və digər bölgələrdə metro, trolleybusların hərəkəti və bir sıra digər xidmətlər dayandırılıb.