30 Yanvar 21:33
30 Yanvar 21:24
09:17
749
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas arasında gedən hakimiyyət mübarizəsi ABŞ və NATO ilə münasibətlərin pisləşdiyi bir dövrdə Avropa İttifaqının mövcudluğunu təhlükə altına qoya bilər.
Bu fikri jurnalist Sonya van den Ende Strategic Culture analitik nəşri üçün yazdığı məqalədə ifadə edib.
“Ursula fon der Lyayen ilə Kaya Kallas arasında münasibətlər korlanıb. Avropa İttifaqının öz daxilində yeni düşmənlərin meydana çıxması adətən blokun, təşkilatın və ya dövlətin sonu demək olur”, – deyə məqalədə qeyd olunur.
Jurnalistin Avropa İttifaqındakı mənbələri bildirir ki, iki siyasətçi arasında münasibətlər hakimiyyət və təsir uğrunda gedən münaqişə səbəbindən getdikcə daha da gərginləşir.
Brüssel üçün vəziyyət həm də Avropa İttifaqı nümayəndələri ilə NATO-nun baş katibi Mark Rütte arasında mövcud ziddiyyətlər səbəbindən ağırlaşır. Çünki o, “Avropa ultraliberalları arasında populyar deyil” və “ABŞ prezidenti Donald Trampla həddindən artıq dostyana münasibətlər sərgiləyir”.