Tacikistan Əfqanıstanla sərhədini möhkəmləndirmək üçün KTMT-dən silah alacaq Dünya

Tacikistan Əfqanıstanla sərhədini möhkəmləndirmək üçün KTMT-dən silah alacaq

KTMT ölkələri Əfqanıstanla sərhədin möhkəmləndirilməsi üzrə dövlətlərarası proqram çərçivəsində Tacikistanın sərhəd qoşunlarına veriləcək silah və hərbi texnika tədarükçülərini müəyyənləşdirir.

Bu barədə KTMT-nin baş katibi Talatbek Masadıkov bildirib.

“KTMT proqramın birinci mərhələsinin - Tacikistan Sərhəd Qoşunlarına tədarük ediləcək silahların, hərbi texnikanın və sərhəd təhlükəsizliyi avadanlıqlarının siyahılarının təşkilata üzv dövlətlər arasında dəqiqləşdirilməsi və əlaqələndirilməsinin həyata keçirilməsinə kömək edir. Təchizatçılar müəyyən edilir və müqavilələr bağlanır”, - Masadıkov deyib.

Baş katib 2024-cü ilin noyabr ayında Astanada dövlət liderləri tərəfindən qəbul edilmiş Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə məqsədyönlü dövlətlərarası proqramın həyata keçirilməsini KTMT üçün əsas vəzifə adlandırıb.