İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
31 Yanvar 15:19
4 326
Türkiyədə aparılan istintaq çərçivəsində həyata keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb.
Türkiyə mediasi xəbər verir ki, İstanbul prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir çox ünvanda eyni vaxtda əməliyyat həyata keçirilib.
Prokurorluq tərəfindən əməliyyatla bağlı yayılan açıqlamada bildirilib ki, “İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq işi çərçivəsində yanvarın 31-də saat 07:00-dan etibarən İstanbul, Ankara, Muğla və Yalova vilayətlərində (cəmi 21 ünvanda) axtarış və saxlama tədbirləri həyata keçirilib. Nəticədə narkotik və silah-sursat ələ keçirilib.
Saxlanılan məşhurların siyahısında Hasan Can Kaya, Yusuf Aktaş, Emirhan Çakal, Mazlum Aktürk
Mert, Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Bercan Güven,
Fırat Yaylanın da adları var.
Ölkə xaricində olduğuna görə, haqqında qiyabi saxlanılma qərarı çıxarılan məşhurlar da (Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turgut Ekim, Barbaros Dikmen, Yaren Alaca, Nisa Bölükbaşı) var.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940