Putin Pezeşkianla İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə edib Dünya

Putin Pezeşkianla İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Bu barədə Kreml məlumat yayıb.

Telefon danışığı zamanı Məsud Pezeşkian "Rusiya Prezidentinin Novqorod vilayətindəki dövlət iqamətgahına genişmiqyaslı dron hücumunu pisləyib".

Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən enerji və nəqliyyat infrastrukturunda daha da gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

İranın nüvə proqramı ətrafında da vəziyyət müzakirə olunub.