“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
2 Yanvar 20:14
2 989
Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) 28 vilayətdə qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bəzi bölgələrdə qar örtüyünün 20 santimetrdən çox olduğu və qar uçqunu riskinin kritik səviyyəyə çatdığı vurğulanıb.
Məlumata əsasən, Qara dəniz bölgəsində Düzcə, Bolu, Zonquldaq, Bartın, Karabük, Kastamonu, Ordu, Giresun, Trabzon, Rize, Artvin, Tokat, Gümüşhane və Bayburt, Mərkəzi Anadolu bölgəsində Sivas, Şərqi Anadolu bölgəsində Ərzincan, Tunceli, Bingöl, Ərzurum, Muş, Bitlis, Ardahan, Qars, Ağrı, Van və Hakkari, Cənub-Şərqi Anadolu bölgəsində isə Siirt və Şırnakda yüksək qar örtüyü olan maili və dik yamaclarda uçqun təhlükəsinin mövcud olduğu bildirilib.
Vətəndaşlara SMS vasitəsilə zəruri xəbərdarlıqlar göndərilib, rəsmi elanların izlənməsi və mümkün təhlükələrə qarşı ehtiyatlı olunması tövsiyə edilib.
2 Aprel 23:03
826
2 Aprel 21:33
938
2 Aprel 18:22
1 106