SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
20:15
616
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri postuna Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəisi Oleq İvaşenkonu təyin edib.
APA “UNIAN“a istinadən xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” hesabında məlumat verib.
“Bu gündən etibarən, Oleq İvaşenko ölkəmizə xidmət etmək Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üçün tapşırıqları Ukrayna hərbi kəşfiyyatı mövqelərində yerinə yetirəcək”, - Zelenski qeyd edib.
O bildirib ki, Ukrayna Rusiyanın iqtisadi potensialını hədəfə almağa davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbərivəzifəsini Kiril Budanov icra edirdi.
Budanov Zelenskinin təklifini qəbul edərək Ukrayna Prezident Ofisinin rəhbəri təyin edilib.