“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
6 Yanvar 19:24
2 065
Yelisey Sarayında “İstəklilər Koalisiyası”nın görüşü başlayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi və ABŞ nümayəndələri ilə görüşməyi planlaşdırır.
Qeyd edək ki, yayılan məlumatlara görə, bu gün Parisdə “İstəklilər Koalisiya”sının iclasında iştirak edəcək ölkələrin liderləri üzərlərinə beş əsas bənddən ibarət öhdəliklər götürəcəklər. Bura dəstək üçün Ukraynada çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi də daxildir. İclasda müzakirə ediləcək əsas məsələlər atəşkəsin təmin edilməsi və onun monitorinqi, Ukrayna Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi, çoxmillətli qüvvələrin yerləşdirilmə formatı, Rusiyanın yeni təcavüzü zamanı müttəfiqlərin öhdəlikləri və uzunmüddətli müdafiə əməkdaşlığı olacaq. İclasın əsas məqsədi “İstəklilər Koalisiya”sı çərçivəsində mümkün addımlar barədə qərar qəbul etmək və onları ABŞ tərəfi ilə koordinasiya etməkdir.
2 Aprel 23:03
903
2 Aprel 21:33
966
2 Aprel 18:22
1 148