ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45
8 Yanvar 22:45
8 Yanvar 22:36
8 Yanvar 15:22
8 Yanvar 11:01
1 001
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Venesuela neftinin qiymətini aşağı salmaq üçün onun üzərində nəzarəti bərqərar etmək niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, "Tramp və onun müşavirləri Venesuelanın neft sənayesinə illər ərzində hakim olmaq üçün böyük bir təşəbbüs planlaşdırırlar".
Deyilənə görə, Tramp müşavirlərinə səylərinin neft qiymətlərini istənilən səviyyəyə - barel başına 50 dollara endirməyə kömək edəcəyini deyib.
Mənbəyə görə, plan PDVSA-nın neft istehsalı və satışı üzərində nəzarətin qurulmasını nəzərdə tutur. Məqalədə iddia edilir ki, uğurlu olarsa, bu plan ABŞ-a Qərb yarımkürəsindəki neft ehtiyatlarının əksəriyyəti üzərində nəzarəti faktiki olaraq verə bilər.
Həmçinin qeyd olunur ki, qiymət 50 dollardan aşağı düşərsə, neft hasilatı bir çox şirkət üçün gəlirli olmayacaq.
Məryəm Quliyeva
8 Yanvar 23:00
896
8 Yanvar 22:59
980
8 Yanvar 22:12
980