“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
8 Yanvar 15:44
2 205
İsrail Livan hakimiyyətinin şiə təşkilatı “Hizbullah”ın hərbi qanadını tərksilah etmək istiqamətində gördüyü tədbirləri yetərsiz hesab edir, lakin Beyrutun addımlarında “ümidverici başlanğıc” görür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
“Bu istiqamətdə Livan hökuməti və Livan silahlı qüvvələri tərəfindən atılan addımlar ümidverici başlanğıcdır, lakin qətiyyən kifayət deyil. Bunu “Hizbullah”ın İranın dəstəyi ilə yenidən silahlanmaq və terror infrastrukturunu bərpa etmək cəhdləri sübut edir”, – deyə bəyanatda bildirilir.
İsrail tərəfi vurğulayır ki, “ABŞ-ın vasitəçiliyi ilə yəhudi dövləti ilə ərəb respublikası arasında əldə olunan atəşkəs razılaşmasında “Hizbullah”ın tam şəkildə tərksilah olunmalı olduğu açıq şəkildə qeyd edilir”. “Bu, İsrailin təhlükəsizliyi və Livanın gələcəyi üçün son dərəcə vacibdir”, – Netanyahunun ofisi bəyan edib.
Məryəm Quliyeva
2 Aprel 23:03
931
2 Aprel 21:33
987
2 Aprel 18:22
1 162