“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
9 Yanvar 08:31
1 995
Yanvarın 8-i axşam saatlarından etibarən Rusiya qüvvələri Kiyevi pilotsuz uçuş aparatları və raketlərlə kütləvi şəkildə atəşə tutub.
APA "Unian"a istinadən xəbər verir ki, paytaxtda partlayışlar qeydə alınıb, dağıntılar var.
Kütləvi raket hücumu və kritik infrastrukturun zədələnməsi nəticəsində Kiyevdə su təchizatında fasilələr yaranıb.
Kiyev meri Vitali Kliçkonun məlumatına görə, paytaxtda dörd nəfər ölüb, 13 nəfər yaralanıb. O bildirib ki, xəsarət alanlardan səkkizi xəstəxanaya yerləşdirilib, onların üçü tibb işçisidir.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun açıqlamasına əsasən isə paytaxtda xəsarət alanların sayı 16 nəfərə çatıb.
***
05:36
Kiyevə dron hücumlarından sonra müxtəlif tipli raketlərlə hava zərbələri endirilib.
Bu barədə Ukrayna KİV məlumat yayıb.
Şəhər meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində 3 mülki şəxs həlak olub, 6 nəfər yaralanıb.
Xəsarət alanların ikisi xəstəxanaya yerləşdirilib.
2 Aprel 23:03
931
2 Aprel 21:33
994
2 Aprel 18:22
1 162