Xamenei İrandakı etirazlarla bağlı xalqa müraciət edib Dünya

Xamenei İrandakı etirazlarla bağlı xalqa müraciət edib

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei xalqa müraciət ünvanlayıb.

APA xəbər verir ki, Xamenei “iranlıların bir olması”na dair çağırış edib.

O, ABŞ Prezidenti Donald Trampa da səslənib. Xamenei “etirazçılar arasında ictimai əmlaka ziyan verməklə ABŞ Prezidentini məmnun etmək istəyən iğtişaşçıların olduğunu” deyib.

“Ötən gecə Tehranda və başqa yerlərdə iğtişaşçılar ABŞ Prezidentinin könlünü xoş etməkdən ötrü öz ölkələrindəki binaları, tikililəri yandırdılar”, - Xamenei qeyd edib.

İranın Ali Rəhbəri Trampı ABŞ-da olan problemlərlə maraqlanmağa çağırıb.

O, İranın etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini bildirib.