“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
11 Yanvar 08:47
2 226
ABŞ-ın Missisipi ştatında yanvarın 9-da silahlı insident nəticəsində altı nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə polisə istinadən "The New York Post" qəzeti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 24 yaşlı Darika Mur Uest-Poynt şəhəri yaxınlığında üç müxtəlif ərazidə atəş açıb. İlkin məlumata əsasən, o, əvvəlcə atasını, qardaşını və əmisini öldürüb, daha sonra hadisə yerindən qaçıb.
Sonradan Mur yeddi yaşlı qızı güllələyib, daha sonra isə başqa ünvana gedərək daha iki kişini qətlə yetirib.
Polis şübhəlini saxlayıb. Bildirilir ki, törədilən cinayətlərə görə Mur ölüm cəzası ilə üzləşə bilər. Hüquq-mühafizə orqanları qeyd ediblər ki, bu hadisə son on il ərzində ştatda qeydə alınan ən ağır silahlı insidentlərdən biridir.
2 Aprel 23:03
987
2 Aprel 21:33
1 036
2 Aprel 18:22
1 218