“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
12 Yanvar 19:06
1 911
Meksika Prezidenti Klaudia Şeynbaum bu gün ABŞ Prezidenti Donald Trampla təhlükəsizlik və narkotik qaçaqmalçılığı ilə mübarizə səyləri barədə “yaxşı söhbət” apardığını bildirib.
APA xəbər verir ki, Meksika Prezidenti bu barədə “X” səhifəsində bildirib.
Şeynbaumun sözlərinə görə, liderlər Meksikanın suverenliyinə hörmət çərçivəsində təhlükəsizlik, narkotik qaçaqmalçılığının azaldılması, həmçinin ticarət və investisiya məsələlərini müzakirə ediblər.
Meksika lideri bildirib ki, “qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq həmişə nəticə verir”.
Xatırladaq ki, Tramp keçən həftə "Fox News"a açıqlamasında kartellərin Meksikaya nəzarət etdiyini qeyd edərək, ABŞ-ın onlarla mübarizə üçün yerdəki hədəflərinə zərbə endirə biləcəyini bildirib.
2 Aprel 23:03
973
2 Aprel 21:33
1 022
2 Aprel 18:22
1 197