Pentaqon Cənubi Çin dənizindən aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqi əhatə edən məsuliyyət zonasına köçürür Dünya

Pentaqon Cənubi Çin dənizindən aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqi əhatə edən məsuliyyət zonasına köçürür

ABŞ Müdafiə Nazirliyi administrasiya ilə İran arasında gərginliyin artması fonunda Cənubi Çin dənizində yerləşən aviadaşıyıcı zərbə qrupunu ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına köçürür.

Bu barədə "NewsNation"məlumat yayıb.

Məlumata görə, tərkibinə müxtəlif gəmilərin, o cümlədən azı bir hücum sualtı qayığının daxil olduğu aviadaşıyıcı zərbə qrupunun köçürülməsi təxminən bir həftə çəkəcək.

Hərəkətə başlayan aviadaşıyıcının "USS Abraham Lincoln" olduğu bildirilir.

ABŞ hərbi texnikasının bu irimiqyaslı yerdəyişməsi İranda baş verən etirazlar fonunda həyata keçirilir.

ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonası 4 milyon kvadrat mildən artıq ərazini əhatə edir və Şimal-Şərqi Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyanı, eləcə də Misir, İraq, Əfqanıstan, İran və Pakistan daxil olmaqla 21 ölkəni özündə birləşdirir.