09:56
546
Yekaterinburqda “Azərbaycan – Ural” təşkilatının yeni rəhbərinin seçkisi keçirilib. Bu vəzifəyə Kərim Qasımov seçilib.
Kərim Qasımov seçildiyi barədə məlumatı “Siqnal Ural” nəşrinə təsdiqləyib. Bununla belə, o, digər Ural mediası ilə mənfi təcrübəsini əsas gətirərək gələcək fəaliyyət planlarını ətraflı müzakirə etməkdən imtina edib.
Kərim Qasımov 2014-cü ildən “14 məsum” dini icmasına rəhbərlik edib. Bu ibadətgah Bazov döngəsində yerləşir və Yekaterinburqdakı yeganə şiə məscidi hesab olunur.
Kərim Qasımov Sverdlovsk vilayətində sovet dövründən yaşayır. 35 il milis orqanlarında xidmət edib. Təqaüdə çıxana qədər polkovnik rütbəsində şəxsi heyətlə iş üzrə Oktyabr Rayon Daxili İşlər Şöbəsi rəis müavini vəzifəsində çalışıb. Hazırda isə DİN veteranları rayon təşkilatının fəaliyyətində iştirak edir.
Cavid