Pakistanda minalanmış avtomobillə polis bölməsinə hücum edilib, 5 nəfər ölüb, 13 yaralı var
Rusiyada sərnişin qatarı relsdən çıxıb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB
Putin – Paşinyan görüşü: Ermənistan üzərində geosiyasi rəqabət - TƏHLİL
Tramp İranın körpülərini və elektrik stansiyalarını məhv etməklə hədələyib
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - I rüb/2026
22 Yanvar 08:55
1 540
Ukraynanın sülh danışıqlarında nümayəndə heyətinə rəhbərlik edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Davosda ABŞ prezidentinin nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla görüşüb.
Umerov bu barədə özünün “Telegram” kanalında məlumat verib.
"Əsas mövzular iqtisadi inkişaf, müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləri olub. Tərəfdaşlara Rusiya tərəfindən mülki infrastrukturun son atəşə tutulması, xüsusən də Kiyevdəki vəziyyət barədə məlumat verilib. Burada hücumlar milyonlarla insanı elektrik enerjisi və istiliksiz qoyub", - o yazıb.