Türkiyə: İrandan atılan ballistik raket NATO tərəfindən ələ keçirildi Gündəm

Türkiyə: İrandan atılan ballistik raket NATO tərəfindən ələ keçirildi

Türkiyə Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına daxil olan yeni ballistik sursatın ələ keçirildiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada deyilir: "İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava hücumundan müdafiə və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib. Raket qəlpələrinin bəziləri Qaziantep əyalətindəki boş ərazilərə düşüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb".