7 Mart 17:52
13:09
658
ABŞ lideri bildirib ki, İran rəsmisinin hədələri onun üçün əhəmiyyət kəsb etmir.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə CBS News telekanalına müsahibəsində danışıb.
Dövlət başçısı Laricaninin ABŞ və İsrailin İslam Respublikasına endirdiyi zərbələrə görə Trampın “bunun bədəlini ödəməli olduğunu” deməsinə münasibət bildirib.
Tramp deyib: “Onun nə haqqında danışdığını və ümumiyyətlə kim olduğunu bilmirəm. Mənə fərqi yoxdur.”
Prezident həmçinin qeyd edib ki, onun fikrincə, Laricani “artıq məğlub olub”.