Norveçdə ABŞ səfirliyi yaxınlığında partlayışla bağlı polis açıqlama yayıb Dünya

Norveçdə ABŞ səfirliyi yaxınlığında partlayışla bağlı polis açıqlama yayıb

Xəbər verdiyimiz kimi, Norveçin paytaxtı Osloda ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib. Hadisə gecə saatlarında səfirliyin konsulluq bölməsinin giriş hissəsi yaxınlığında qeydə alınıb.

Norwegian Police Service bildirib ki, partlayış nəticəsində binaya müəyyən ziyan dəyib, lakin xəsarət alan olmayıb.

CNN bu barədə məlumat yayıb.

Hadisədən sonra səfirliyin ətrafı polis tərəfindən mühasirəyə alınıb və ərazidə geniş axtarış tədbirləri həyata keçirilir. Partlayışın səbəbi və hadisəni törədən şəxslərlə bağlı araşdırma davam edir.