Çin XİN başçısı: Tayvan heç vaxt dövlət olmayıb və olmayacaq Dünya

Çin XİN başçısı: Tayvan heç vaxt dövlət olmayıb və olmayacaq

Tayvan heç vaxt müstəqil dövlət olmayıb və olmayacaq.

Bunu Çinin xarici işlər naziri Van İ mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Tayvan qədim dövrlərdən etibarən Çinin ayrılmaz ərazisi hesab olunur, indi və gələcəkdə ayrıca dövlət statusu ala bilməz.

Van İ qeyd edib ki, Tayvanın Çin tərkibinə qayıtması Çin xalqının Yaponiyaya qarşı müharibədə qələbəsinin, həmçinin İkinci Dünya müharibəsinin nəticələrinin bir hissəsidir.

O vurğulayıb ki, Yaponiyanın kapitulyasiya aktı, həmçinin BMT Baş Assambleyasının 2758 saylı qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər Tayvanın statusunu açıq şəkildə təsdiqləyir.

“Beynəlxalq münasibətlərdə ‘iki Çin’ və ya ‘bir Çin – bir Tayvan’ modelini yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, – deyə Çin XİN rəhbəri bildirib.